Hepatit qaraciyərin iltihabi xəstəliyidir və müxtəlif yollarla yoluxa bilər.
Yoluxma yolları: çirkli qida və su ilə (Hepatit A, E); qan yolu ilə, məsələn steril olmayan alətlər və qan köçürmə (B, C, D); cinsi əlaqə zamanı (B, C); anadan uşağa doğuş zamanı (B); şəxsi əşyaların paylaşılması — diş fırçası, ülgüc (B, C).
Qorunma üsulları: Vaksinasiya — Hepatit A və B növlərinə qarşı peyvənd ən effektiv qorunma yoludur (klinikamızda Hepatit B peyvəndi həyata keçirilir). Gigiyena — əlləri tez-tez yumaq, təmiz qida və su. Təhlükəsiz cinsi əlaqə. Steril alətlər — diş həkimi, manikür, kuafyor və döymə salonları seçərkən sterilizasiya standartlarına diqqət edin.
Hepatit B və C müalicəsi: Müasir antiviral preparatlar tam müalicəyə imkan verir. Vaxtında diaqnoz və düzgün protokol seçimi sirroz və qaraciyər xərçəngi kimi ağırlaşmaların qarşısını alır.
