Xidmətlər

Parazitologiya Xidmətləri

Bağırsaq, toxuma və dəri parazitlərinin dəqiq diaqnostikası və etioloji müalicəsi. Uşaqlarda parazit müalicəsinə xüsusi yanaşma.

Parazitologiya Xidmətləri

Haqqında

Askaridoz: Askarid nazik bağırsaqda yaşayan qurd növüdür. Larva forması ağciyər və digər orqanlarda yerləşə bilir. Yumurtaları torpaq və çirklənmiş ərzaqla yoluxur. Qarın ağrısı, qusma, ishal, halsızlıq əsas simptomlardır. Uşaqlarda boy və çəki geriliyinə səbəb ola bilər. Ən təhlükəli ağırlaşma bağırsaq mənfəzinin tutulmasıdır.

Enterobioz (Qıl Qurdu): Xüsusilə uşaqlarda 3-10 yaş arasında yayılır. Şəxsi gigiyena qaydalarına riayət edilməməsi yolu ilə yoluxur. Əsas simptomları: anal nahiyədə gecə qaşınması, yuxusuzluq, narahatlıq, qarın ağrısı, ürəkbulanma və ağızdan su axması. Diaqnoz üçün perianal lent testi 3 dəfə təkrarlanır. Müalicə bütün ailə üzvlərini əhatə edir.

Lyamblioz: Giardia lamblia adlı mikroskopik parazitin nazik bağırsaq və öd kisəsində məskunlaşması nəticəsində yaranır. Çirklənmiş su, qida və əllər vasitəsilə yoluxur. Əsas əlamətlər: pis iyli sulu yağlı ishal, qarın ağrısı, meteorizm, iştahsızlıq, yorğunluq, allergik dermatozlar. Uşaqlarda fiziki və zehni inkişaf problemlərinə səbəb olur.

Teniarinxoz (Öküz Soliteri): Çiy və ya az bişmiş ət məhsulları ilə yoluxur. Simptomlar: ürəkbulanma, qusma, ishal, əzələ zəifliyi, qarın ağrısı, iştahsızlıq, adekvat qidalanma fonunda çəki itkisi, yorğunluq, yuxusuzluq.

Ekinokokkoz: Heyvan tükü, yuyulmamış meyvə-tərəvəz və çirkli su ilə yoluxur. Qaraciyər və digər orqanlarda kistlər əmələ gətirir. Klinikamızda oynaqda yerləşən exinokokk kistası halı da müşahidə edilmişdir.

Toksoplazmoz: Toxoplasma gondii protozoanın yaratdığı infeksiyadır. Pişik nəcisi, çiy ət və torpaq vasitəsilə yoluxur. Hamilələr üçün xüsusi təhlükə yaradır. TORCH paneli vasitəsilə diaqnoz qoyulur.

Dəri Leyşmaniozu: Leishmania tropica parazitinin moskit milçəkləri vasitəsilə ötürdüyü infeksiya. Azərbaycanın Qazax, Zaqatala, Şəki, Gəncə və Kür-Araz düzənliyinin bəzi rayonlarında yayılıb. Dişlənmə yerində şişkinlik, papula və xora əmələ gəlir.

Visseral Leyşmanioz: Daha ağır forma, daxili orqanlara təsir göstərir. Klinikamızda balaca xəstənin uğurla müalicə edildiyi hal mövcuddur.

Trixinelloz: Çiy və ya yarımbişmiş donuz əti vasitəsilə yoluxan parazitar xəstəlikdir.

Opistorxoz: Çiy və ya yarımbişmiş balıq vasitəsilə yoluxur, öd yollarına və qaraciyərə təsir edir.

Amöbiaz: Entamoeba histolytica protozoanın səbəb olduğu xəstəlik. Çirklənmiş su və qida ilə yoluxur.

Qoturluq: Gənələrin dəridə səbəb olduğu xəstəlik. Gecələr artan şiddətli qaşınma, qoşa-qoşa yerləşmiş səpgilər və qoturluq yolları xarakterik əlamətlərdir. Bütün təmaslı şəxslər birlikdə müalicə olunmalıdır.

Üstünlüklər və əhatə dairəsi

  • Uşaqlarda əlamətlər: gecə qaşınma, yuxusuzluq, diqqət zəifliyi, əsəbilik
  • Səbəbsiz halsızlıq və tez yorulma, çəki artmaması və ya kəskin çəki itkisi
  • Qarın ağrıları, ürəkbulanma, ağızdan su gəlməsi
  • Dəri səpgiləri və qaşıntı, diş qıcama (xüsusilə gecələr)

Mərhələlər

  1. Nəcis müayinəsi (parazit yumurtaları və kistlər)
  2. Perianal lent testi (enterobioz üçün, 3 dəfə təkrarlanır)
  3. Qan seroloji testlər (lyamblioz, toksoplazmoz, exinokokkoz IgM/IgG)
  4. Diaqnoz təsdiqləndikdən sonra törədiciyə yönəlik etioloji müalicə

Sual-Cavab

Uşaqlar bağça və məktəb mühitində yüksək yoluxma riski altındadır. Erkən aşkarlama və düzgün müalicə inkişaf gecikmələrinin qarşısını alır.
Davamı

Əlaqəli xidmətlər

Laborator Diaqnostika

Laborator Diaqnostika

Müasir laboratoriyamız parazitoloji, hematoloji, biokimyəvi, immunoloji, PZR, hormonal və mikrobioloji analizləri yüksək dəqiqliklə yerinə yetirir.

Parazitoloji Check-Up

Parazitoloji Check-Up

İldə bir dəfə, xüsusilə uşaqlar üçün tövsiyə olunan kompleks profilaktik müayinə paketi. Erkən aşkarlama ağırlaşmaların qarşısını alır.