Qısa cavab
Yay aylarında dəniz suyu ilə təmas zamanı bəzi infeksiya riskləri yaranır. Riski azaltmaq üçün dəniz suyunu udmayın, yalnız rəsmi olaraq çimmək üçün yararlı sayılan çimərliklərdən istifadə edin, dənizdən sonra duş alın, dəridə yara varsa onu sabunlu su ilə yuyun.
Qaydalar:
- dəniz suyunu udmamaq;
- yalnız çimmək üçün yararlı çimərliklərə getmək;
- dəridə yara və ya sıyrıntı varsa, sudan çıxdıqdan sonra həmin yeri sabunlu su ilə yumaq;
- dənizdən çıxdıqdan sonra duş almaq;
- duş kabinələrində və tualetlərdə şəxsi başmaqdan istifadə etmək.
Çimərlikdən sonra ishal, qusma və ya qızdırma başlayarsa, xüsusilə uşaqlarda, həkimə müraciət edin. Ətraflı: Bağırsaq infeksiyaları
