Parazitar xəstəlik

Exinokokkoz

  • XBT-10: B67

Qısa cavab

Exinokokkoz nədir?

Exinokokkoz Echinococcus granulosus qurdunun sürfə forması ilə törənən xəstəlikdir. İnsan qurdun yumurtalarını udduqda daxili orqanlarda, ən çox qaraciyərdə və ağciyərdə kistlər əmələ gəlir. Yoluxmanın əsas mənbəyi itlərdir. Kistlər illərlə əlamətsiz böyüyə bilər.

  • Yoluxma

    İtlərlə təmas (yumurtalar yununda ola bilər), yuyulmamış meyvə-tərəvəz, çirklənmiş su.

  • Əlamətlər

    Uzun müddət əlamətsiz. Kist böyüdükcə yerləşdiyi yerə görə ağrı, təzyiq hissi, öskürək və digər əlamətlər yaranır. Kistin partlaması ağır allergik reaksiyaya səbəb ola bilər.

  • Diaqnostika

    USM (əsas müayinə), lazım olduqda KT/MRT, köməkçi kimi seroloji testlər (IgG).

  • Müalicə prinsipi

    Kistin ölçüsünə, yerinə və mərhələsinə görə dərman müalicəsi, perkutan və ya cərrahi üsullar. Müalicə infeksionist və cərrahın birgə qərarı ilə aparılır.

  • Profilaktika

    İtlərin baytar nəzarəti və müntəzəm parazitə qarşı müalicəsi, itlə təmasdan sonra əl yuma, tərəvəzin yaxşı yuyulması.

Dr. Aslanovanın bu sahədəki fəaliyyəti

Dr. Aslanovanın klinik təcrübəsində oynaqda yerləşən exinokokk kistası halı da olub. Klinikanın USM şöbəsində bəzi exinokokk kistaları ultrasəs müayinəsi zamanı aşkarlanıb.

Saytda axtarış

Ən azı 2 hərf yazın.

    Qəbula yazıl

    Dr. Xatirə Aslanovanın qəbuluna yazılmaq üçün formu doldurun. Təcili hallarda 103-ə zəng edin.

    Operator kodu ilə: 10, 50, 51, 55, 60, 70, 77, 99 və ya şəhər nömrəsi.

    Bazar günü qeyri-iş günüdür.

    Düyməni basdıqda WhatsApp-da hazır mesaj açılır, onu WhatsApp-da «Göndər» düyməsi ilə göndərirsiniz. Sayt məlumatlarınızı saxlamır. Bu, müraciət sorğusudur: qəbul vaxtı klinika tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.